Bu ölkədə dəniz sahilində sirli məxluq tapılıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Suffolk qraflığında baş verən güclü tufandan
sonra dəniz dalğaları sahilə olduqca qeyri-adi, parlaq tüklü sirli
bir məxluq çıxarıb.

Trend bu barədə ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir.




Məlumata görə, məxluqu itlə gəzintiyə çıxan bir cütlük aşkar
edib. Dəniz canlısının uzunluğu ən azı 15 santimetr təşkil
edib.

Qeyd edilir ki, bu nadir onurğasız canlı, əsasən Aralıq dənizi
və Atlantik okeanının dərin sularında məskunlaşır.