AMB: Sığorta sektorunun likvidliyi komfort zonadadır

Baş səhifə
AMB: Sığorta sektorunun likvidliyi komfort zonadadır

Azərbaycanda sığorta sektorunun likvidliyi komfort zonadadır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Sənədə əsasən, sektorun likvidlik mövqeyi “International Association of Insurance Supervisors” (IAIS) metodologiyası əsasında “Insurance Liquidity Ratio” (ILR*) hesablaması aparılıb. Belə ki, “ILR” əmsalı sığortaçıların malik olduğu yüksək likvidli aktivlərin 3 aylıq müddət ərzində sığorta öhdəlikləri üzrə gözlənilən xalis nağd ödənişlərin icra edilməsi üçün kifayət edib-etmədiyini qiymətləndirir. Bu ilin I yarısına sığortaçıların likvidlik mövqeyi ILR metodologiyası əsasında

hesablanıb. Sektorun yüksək likvidli aktivləri 1 milyard 353 milyon manat, gözlənilən nağd ödənişləri 719 milyon manat, gözlənilən nağd daxilolmaları 274 milyon manat, likvidlik əmsalı (ILR) isə 304 % qiymətləndirilib.