
Bakı.Trend:
Sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar
iştirakçısı funksiyasını yerinə yetirirsə, sistemli risklər yarada
bilər.
Trend bunu
iqtisadiyyat naziri Mikayıl Cabbarov II Milli Rəqabət Forumunda
çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda rəqabət siyasətinin
tənzimlənməsi təkcə dövlət qurumlarının deyil, ümumilikdə
cəmiyyətin maraqlarına xidmət edir:
“Bu məsələni yalnız sahəvi qurumların deyil, hər birimizin –
vətəndaşların və iqtisadi iştirakçıların – ekosistem kimi qəbul
etməsi vacibdir. Ona görə də iqtisadi davranışımız da bu
prinsiplərə uyğun formalaşmalıdır”.
M. Cabbarov əlavə edib ki, bəzi hallarda sahəvi qurumların
rəqabət siyasətinə dair yanaşmaları daha üstün ola bilər və bu,
onların peşəkarlığı ilə əlaqəlidir.


