Bakı. Trend:
Vyetnamda daşqın və torpaq sürüşməsi ilə nəticələnən “Bualoy”
qasırğası 34 nəfərin ölümünə, 140 nəfərin yaralanmasına səbəb
olub.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, daha 20 nəfər hələ də itkin düşmüş sayılır. Təbii
fəlakət infrastruktura ciddi ziyan vurub.
Təxminən 155 min evə zərər dəyib, 2.7 milyona yaxın ev
təsərrüfatı işıqsız qalıb, 3 mindən çox yol bağlanıb, 34 min
hektardan çox çəltik və digər əkin sahələri məhv olub.

