
Avropa İttifaqı Qrenlandiyaya iqtisadi dəstəyi iki dəfə artıracaq.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen özünün “X” hesabında yazıb.
“Avropa və Qrenlandiya həmişə bir-birinin etibarlı tərəfdaşı olacaq. Biz əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Buna görə də Qrenlandiyaya iqtisadi dəstəyimizi ikiqat artırmağı hədəfləyirik. Beləliklə, təmiz enerji təmin edə və gələcəyin texnologiyalarını yarada bilərik”, – Ursula von der Leyen qeyd edib.


