Ukrayna ilə Rusiya arasında 185 əsir dəyişdirilib

Baş səhifə

Rusiya Ukraynadan 185 hərbçini geri qaytarıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il iyulun 23-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq, 185 rusiyalı hərbçi Kiyevdən geri alınıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri təhvil verilib. Bundan əlavə, 20 mülki şəxs də geri qaytarılıb”, – məlumatda deyilir.