
Bakı.Trend:
Sentyabr ayında 19 965 597 sərnişin metronu seçib.
Trend xəbər
verir ki, bu barədə Bakı Metropolitenindən məlumat yayılıb.
Bildirilib ki, Bakı Metropoliteni sentyabr ayında 19 milyondan
çox sərnişin daşıyıb. 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli”
sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə
endirilib.
Qeyd edilib ki, ay ərzində metro tarixində ikinci ən böyük
sərnişindaşıma göstəricisi də qeydə alınıb. Ayın ən çox sərnişin
qəbul edilən günü 15 sentyabrda(891 856 nəfər), Ən sakit gün isə 7
sentyabrda( 405 892) qeydə alınıb.


