ABŞ-də iki təyyarə toqquşub

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin La-Quardia hava
limanında insident yaşanıb. Belə ki, eniş-qalxış zolağında iki
təyyarə toqquşub.

Trend bu barədə
ABŞ KİV-ə istinadən xəbər verir.

Təyyarələrin yüngül toqquşması nəticəsində itki olmasa da, bir
nəfərin xəsarət aldığı deyilir.




Qəza edən hər iki hava gəmisi “Delta Air Lines” hava yolları
şirkətinə məxsusdur. Məlumata görə, təyyarənin birinin qanad
hissəsi, ikincinin burun hissəsi ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.