Cənubi Koreyada irqçi hərəkətlərə qarşı sərt tədbirlər görüləcək

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada anti-Çin və anti-əcnəbi mitinqlərə qarşı sərt
tədbirlər görülməsi barədə göstəriş verilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Cənubi Koreya Prezidenti Li Cae Myonq cümə axşamı canlı efirdə
bildirib ki, ölkənin imicinə və iqtisadiyyatına zərər vuran
anti-Çin mitinqləri və əcnəbilərə qarşı digər irqi hərəkətlərə
qarşı sərt tədbirlər görülməlidir.