Aİ Rusiyaya qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı daha sərt
məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen üzv ölkələrin
dövlət və hökumət başçılarının Kopenhagendəki qeyri-rəsmi
sammitinin yekunlarına dair bəyanatında bildirib.




“Biz sanksiyalara yeni yanaşma təklif edirik. Biz artıq
mərhələli yanaşmadan istifadə etmirik, əksinə, enerji, maliyyə
xidmətləri və ticarət sahəsində daha sərt tədbirlər təklif edirik”,
– Lyayenin bəyanatında qeyd olunub.