Bakı. Trend:
“Barselona” mövsümün sonunda klubla müqaviləsi başa çatan Frenki
de Yonqla anlaşma əldə edib.
Trend xəbər verir ki, bu
barədə “Diario Sport” nəşri məlumat yayıb.
İspaniya çempionu niderlandlı yarımmüdafiəçi ilə 2029-cu ilin
yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Rəsmi açıqlama
yaxın günlərdə ediləcək.
Qeyd edək ki, “Barselona” Frenki de Yonqu 2019-cu ilin yayında “Ayaks”dan transfer edib. Niderland millisinin üzvü olan 28 yaşlı
futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana
çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

