Ağdamda 3 otaqlı evdə yanğın baş verib (FOTO)

Baş səhifə

Ağdam. Trend:

Ağdamda baş verən yanğın zamanı nənə və nəvə ağır yanıq xəsarəti
alıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Quzanlı
qəsəbəsində baş verib.




Rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə
yanğın baş verib. Yanğın zamanı 1965-ci il təvəllüdlü İsmayılov
Zibeydə Qənimət qızı ikinci dərəcəli və onun nəvəsi 2013-cü il
təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı birinci dərəcəli yanıq
xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb edilib.
Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülərək
yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb yanğının səbəbi araşdırılır.