““Qarabağ”ın zirvədə nə işi var?” –

Baş səhifə

Amerikanın nüfuzlu “CBS” nəşri Azərbaycan təmsilçisi “Qarabağ”ın Çempionlar Liqasındakı parlaq çıxışına diqqət çəkib.

Metbuat.az xəbər verir ki, nəşr sosial media hesabında ayının boynuna dolanmış “Qarabağ” şərfini paylaşaraq belə yazıb:

“Nələr baş verir, ‘Qarabağ’ın Çempionlar Liqasının zirvəsində nə işi var?”

Xatırladaq ki, Qurban Qurbanovun komandası Danimarka təmsilçisi “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanaraq, iki oyundan maksimum nəticə ilə Liqa mərhələsində 4-cü pilləyə yüksəlib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.