Avropa Kuboku: Azərbaycan təmsilçisi mübarizəni əsas mərhələdə davam etdirəcək

Baş səhifə
Avropa Kuboku: Azərbaycan təmsilçisi mübarizəni əsas mərhələdə davam etdirəcək

Azərbaycanın “Abşeron Lions” basketbol komandası Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

“Report”un məlumatına görə, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kipr təmsilçisi “Anortosis”lə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 77:60.

Azərbaycan komandası ilk matçda rəqibini 89:73 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, “Abşeron Lions” məhz daha yaxşı göstəricilərə əsasən mübarizəni Avropa Kubokunun əsas mərhələsində davam etdirmək hüququ qazanıb.