“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.
***
22:28
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 83-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində Emmanuel Addai fərqlənib..
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 28-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.
***
20:45
Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.

