“Qarabağ” – “Kopenhagen” oyunu başladı –

Baş səhifə

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.