
Bakı. Trend:
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları
11,310 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend
AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, cari ilin sentyabrın 1-i ilə müqayisədə 0,5%
çoxdur.
Eyni zamanda AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən
3,2% artıb, son 1 ildə isə 4,1% azalıb.


