Efiopiyada kilsədə uçqun olub, 36 nəfər ölüb, 200-dən çox yaralı var – YENİLƏNİB

Baş səhifə

Efiopiyada kilsələrdən birində tikinti platformasının uçması nəticəsində 36 nəfər ölüb, 200-dən çox yaralı var.

***

17:28

Efiopiyada kilsələrdən birində tikinti platformasının uçması nəticəsində 22 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

APA “Əl Ərəbiyyə”yə istinadən xəbər verir ki, hadisə paytaxt Əddis-Əbəbənin şərqində, hər il keçirilən Müqəddəs Məryəm festivalında iştirak edərkən baş verib.

Zəvvarların bəziləri dağıntılar altında qalıb, ağır yaralılar xəstəxanaya yerləşdirilib.