“Rəqəmsal platforma ilkin olaraq mart və aprel aylarında pilot layihə şəklində istifadəyə verilib”.
APA xəbər verir ki, bunu MÜTDA-nın Rəqəmsal İdarəetmə sektorunun müdiri Fidan Nəcəfova deyib.
O bildirib ki, kağız jurnallardan sonra elektron jurnalların tətbiqi müsbət bir addımdır: “Artıq bu ilin sentyabr ayından kağız jurnallardan imtina etdik. 353 təhsil müəssisəsində kağız jurnallar ləğv olunub və qiymətləndirmələr tamamilə elektron platforma üzərindən aparılır. Elektron jurnal Elm və Təhsil Nazirliyinin dərs müddətində nə baş verdiyinə anında nəzarət etməsinə imkan verəcək”.

