III MDB Oyunları çərçivəsində avtobuslarla 7700-dən çox idmançı və nümayəndə heyəti daşınıb

Baş səhifə

Bakı. Trend:

III MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə
heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə
təmin edilməsi davam etdirilir.

Trend
xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Azərbaycana gələn qonaqların həm Heydər Əliyev
Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından
oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata
keçirilir. Hava limanı daşımaları üçün 40 “Neoplan” markalı avtobus
cəlb edilib.

24-30 sentyabr tarixlərində 84 reys həyata keçirilib, 1441
idmançı və nümayəndə heyətinin aeroportlardan oyunların keçirildiyi
şəhərlərə daşınması təmin edilib.




Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların
yarış və digər məkanlar arasında daşınması üçün 93 “Yutong” və
“Neoplan” markalı avtobus ayrılıb.

İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 1550 reys
həyata keçirilib, 6297 idmançı və nümayəndə heyəti tədbirlərin
keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.

Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyətini davam
etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə
birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb
olunublar.