Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Prezident Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya
Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda
İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının
açılışında iştirak ediblər.

Trend xəbər
verir ki, tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra
dövlətimizin başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə
səfərdə olan italyan universitetlərinin rəhbərləri,
İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə
görüşüblər.