
Bakı.Trend:
Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb.
Trend xəbər
verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1oktyabr-
Azərbaycan Respublikasının prokurorluq işçilərinin peşə bayramı
günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə
həsr olunmuş tədbirdə deyib.
O, qeyd edib ki, biz məcbur olub müharibə etmişik, şəhidlər
vermişik.
“Birgə Bəyannamənin ABŞ-də imzalanması Azərbaycanın müharibədəki
qələbəsindən sonra siyasi qələbəsidir. Orada həm də Azərbaycana
tətbiq edilən sanksiya-907-ci düzəliş ləğv edildi və icrasını
dayandırdı. Bu da ölkə liderinin diplomatik sahədə ən əsas
uğurlarından biridir”.


