Nigar Arpadarai: Hazırda Azərbaycanda qadınların iqtisadiyyatda rolu 18 faizdir

Baş səhifə
COP29

  • 01 oktyabr, 2025
  • 10:34
Nigar Arpadarai: Hazırda Azərbaycanda qadınların iqtisadiyyatda rolu 18 faizdir

Hazırda Azərbaycanda qadınların iqtisadiyyatda rolu 18 faizdir.

“Report” xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadınların iqtisadiyyatda rolunun 20 faizə yaxın olması pis göstərici olmasa da, bu rəqəmin yüksəldilməsi zəruridir:

“Ötən il Azərbaycanda baş verən təbii fəlakətlər 30 milyard dollar əhatə edib. Bu məsələlərdə maliyyə əsas faktordur. Ağıllı şəhərlər təhlükəsiz yaşamağa imkan verir. Ağıllı şəhərlər, kəndlər salınmalı, sayı artırılmalıdır. COP29-un nəticələrinə əsasən 2030-cu ilə qədər ənənəvi enerji resurslarının azaldılması planlanılıb. Azərbaycan bunun üçün yetəri qədər səy göstərir”,- N.Arpadarai əlavə edib.

MƏLUMAT YENİLƏNİR