“Qarabağ” Çempionlar Liqasında “Kopenhagen”lə qarşılaşacaq

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

Trend xəbər verir
ki, Azərbaycan çempionu Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə
gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində növbəti oyununu
oktyabrın 22-də səfərdə İspaniyanın “Atletik Bilbao” klubuna qarşı
keçirəcək.




Xatırladaq ki, Ağdam təmsilçisi ilk turda səfərdə “Benfika”
üzərində 3:2 hesabı ilə qələbə qazanmışdı.

20:45. “Qarabağ” – “Kopenhagen”.