Bakı. Trend:
Qarabağ regionu üzrə turizm bələdçilərinin hazırlanması,
sertifikatlaşdırılması və Qarabağ bölgəsi üzrə onlayn turizm
bələdçisi şərh kitablarının tərtib edilməsi işlərinə
başlanılır.
Trend-in
məlumatına görə, eyni zamanda Bakı- Abşeron regionunda və
ümumilikdə turizm bələdçiliyinin keyfiyyətinin yüksəldilməsi
məqsədilə çindilli bələdçilərin hazırlanması və
sertifikatlaşdırılması xidmətləri də aparılacaq.
Belə ki, Dövlət Turizm Agentliyi artıq bununla bağlı müvafiq
işlərə start verib.
Agentlik sözügedən işlərin icrasını Azərbaycan Turizm
Bələdçiləri Assosiasiyası İctimai Birliyinə həvalə edib və müqavilə
bağlayıb.
Müqaviləyə əsasən, ictimai birliyə 118 min manat ödənilib.

