
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi III MDB Oyunlarına qalibiyyətlə başlayıb.
“Report”un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Gəncə İdman Sarayında Qırğızıstanla qarşılaşan yığma 3:0 hesablı qələbəyə sevinib.
Günün ilk görüşündə Rusiya seçməsi Özbəkistanı 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, ötən gün Azərbaycanın qızlardan ibarət U-15 kollektivi Tacikistanı 3:0 hesabı ilə məğlub etmişdi.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

