
Bakı. Trend:
Bu ilin sonunda Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar
İttifaqı Konfederasiyası 2026-2029-cu illər üçün Baş Kollektiv
Sazişini yenidən növbəti dəfə bağlayacaq.
Trend xəbər
verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının
vitse-prezidenti Vüqar Zeynalov Bakı İqlim Fəaliyyəti Həftəsində
(BCAW2025) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda həmin sazişin mətni üzərində işlər
gedir:
“Bu saziş əvvəlkilərdən xeyli fərqli olacaq. Burada yaşıl keçid
məsələlərinə xüsusi diqqət yetirəcəyik. Bir sözlə, götürdüyümüz
öhdəliklərin öhdəsindən gəlməyə çalışacağıq”.


