Əfqanıstanda internet və mobil telefon xidmətləri tam dayandırılıb

Baş səhifə

Bakı. Trend:

Əfqanıstanda internet və mobil telefon xidmətləri ölkə üzrə tam
kəsilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Taliban hökuməti bu barədə heç bir
açıqlama verməyib.




Daha əvvəl Taliban internetlə bağlı narahatlığını ifadə edib və
son həftələrdə bəzi vilayətlərdə əxlaq məsələlərini əsas gətirərək
fiber-optik xətləri kəsib.

“NetBlocks”beynəlxalq internetə çıxışa nəzarət təşkilatı
bildirib ki, Taliban hökuməti əxlaq tədbirlərini tətbiq etmək üçün
hərəkətə keçdiyindən, Əfqanıstan indi tam internet qaranlığı
içərisindədir.