
Bakı. Trend:
Türkiyə qırmızı bülletenlə beynəlxalq axtarışda olan 9 nəfəri
ölkəyə gətirib.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz
sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazirin sözlərinə görə, cinayətkarlar uşaqların cinsi istismarı,
silahlı soyğunçuluq, qəsdən adam öldürmə, narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz dövriyyəsi və başqa cinayətlərə görə
axtarışda olublar.
Həbs olunan şəxslərin Gürcüstan, Almaniya, BƏƏ, İsveçrə və
Xorvatiya kimi ölkələrdən ekstradisiya olunduqları bildirilir.


