
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib.
Metbuat.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


