Gəncə Memorial Kompleksi layihələndirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Gəncə Memorial Kompleksi 2020-ci ilin oktyabrında Ermənistan
silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış
ərazilərin birində layihələndirilib.

Trend-in
yerli müxbirinin xəbərinə görə, bunu Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin şöbəsinin müdiri Ramil Cahangirov
jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kompleksin təməli 2022-ci ildə Prezident İlham
Əliyev tərəfindən qoyulub.




“Kompleksin ərazisi 4 hektarı əhatə edir, əsas mərkəzi elementi
muzey binasıdır. Bu muzey binası iki mərtəbəlidir, xüsusi memarlığa
malikdir, aypara formalıdır. Bina spiralvari formada
layihələndirilib, raketin yerdəki izini simvolizə edir. Həmin
binanın əsas hissəsini isə sərgi zalı təşkil edir.

Sərgi zalında Azərbaycan xalqına qarşı cinayətləri əks etdirən
ekspozisiya təşkil olunub. Ekspozisiyanın bir neçə bölməsi var.
Birinci bölməsi 20-ci əsrin əvvəlində törədilən hadisələr,
1905-1906-cı il qrığınları, 1918-ci il qırğınları, həmçinin
1948-1953-cü illərdə Qərbi azərbaycanlıların doğma torpaqlarından
deportasiyasını həyata keçirən faktlar işıqlandırılır”, – o əlavə
edib.