Ekvador XİN başçısı: İqlim dəyişikliyinə qarşı maliyyələşmə diqqətdən kənar qalmamalıdır

Baş səhifə
COP29

  • 29 sentyabr, 2025
  • 10:51
Ekvador XİN başçısı: İqlim dəyişikliyinə qarşı maliyyələşmə diqqətdən kənar qalmamalıdır

İqlim dəyişikliyinə qarşı maliyyələşmə diqqətdən kənar qalmamalıdır.

“Report” xəbər verir ki, bunu Ekvadorun xarici işlər naziri Mariya Fernanda Espinosa Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə qarşı effektiv mübarizə istəyiriksə mütləq maliyyələşmə yaxşı olmalıdır:

“Vəziyyətə uyğun maliyyə adaptasiyası olmalıdır. Bu tək bir ölkənin yox, hamımızın məsuliyyətidir. Burada iştirak edən iqtisadiyyatı inkişaf etmiş onlarla ölkə var. Onlar öz texnologiyaları ilə bu məsələdə yardım göstərə bilər. Əlbəttə ki, özəl sektor da kənarda qalmamalıdır”.