
Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1997-ci il təvəllüdlü O.Şəfiryev və 2003-cü il təvəllüdlü M.Musyaeva xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Məlumta görə, qəzada xəsarət alan O.Şəfiyev Vətən mühirəbəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.


