ETSN kollektivi şəhidlərin əziz xatirəsini yad edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

27 sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən Vətənimizin suverenliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə
həsr olunmuş silsilə tədbirlər keçirilib.

Trend xəbər
verir ki, nazirliyin rəhbərliyinin və kollektivinin iştirakı ilə
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub, yerli
torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları
əkilib.




Daha sonra Zəfər parkı ziyarət edilib, Zəfər abidəsinin önünə
gül dəstələri qoyulub, şəhidlərin xatirəsi dərin ehtiramla yad
edilib.

Anım günü çərçivəsində Nazirlikdə şəhidlərin xatirəsinə həsr
olunmuş tədbirdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda
gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən
övladlarının xatirəsi ehtiramla yad olunub, onların göstərdiyi
şücaətin Azərbaycan xalqı üçün əbədi qürur mənbəyi olduğu
vurğulanıb.