
Bakı. Trend:
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın 27 sentyabr Anım
Günü ilə əlaqədar rəsmi “X” səhifəsində paylaşım edib.
Bu barədə Trend
xəbər verir.
“27 Sentyabr Şəhidləri Anma Günü münasibətilə Qarabağ uğrunda
canından keçən qəhrəman Azərbaycan övladlarını rəhmətlə yad edirik.
Əminik ki, dayanıqlı sülhün təmin olunması yolunda atılan tarixi
addımlar bu fədakarlıqların mirası üzərində bölgəmizdə əmin-amanlıq
və rifahı bərqərar edəcək”, -deyə paylaşımda qeyd olunur.
Türkiyə XİN sonda “İki Dövlət, Bir millət” şüarını bir daha
vurğulayaraq, paylaşımı “şəhidlərimizin şanlı mirası daima
qəlbimizdə yaşayacaq” cümləsi ilə yekunlaşdırıb.


