Bakı. Trend:
12 ölkə Fələstin Milli Administrasiyasına maliyyə dəstəyi üçün
koalisiya yaradıb.
Trend xəbər verir ki, bu
barədə Fransa Xarici İşlər Nazirliyi bildirib.
“Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İrlandiya,
İspaniya, Norveç, Səudiyyə Ərəbistanı, Sloveniya, Fransa, İsveçrə
və Yaponiya Fələstin Milli Administrasiyasının maliyyə
dayanıqlılığını təmin etmək üçün fövqəladə koalisiya yaratdıqlarını
elan ediblər”, – bəyanatda deyilir.
Vurğulanıb ki, koalisiya Fələstin Milli Administrasiyasının
üzləşdiyi kəskin maliyyə böhranına cavab olaraq yaradılıb.

