
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinə diplomatik
dəstəyinə görə Azərbaycana təşəkkür edib.
Trend-in
məlumatına görə, Baş nazir bu barədə BMT Baş Assambleyasında çıxışı
zamanı deyib. O, Azərbaycanla yanaşı Çinə, Türkiyəyə, Səudiyyə
Ərəbistanına, Qətərə, İrana, BƏƏ-yə və BMT-nin Baş katibinə
təşəkkürünü ifadə edib.
“Biz müharibədə qalib gəldik və indi biz öz bölgəmizdə sülh
axtarışındayıq”, – deyə Pakistanın Baş naziri bildirib.


