


2


7 sentyabr Anım Gűnű ilə əlaqədər Xətai rayonu Rűfət Məmmədov adına 269 saylı məktəbdə tədbir keçirildi.Məktəbin direktoru Aygűn xanım Əzizova,tarix müəllimi Nərmin Xəlilova çıxış edərək ,şəhidlərimizin əziz xatirəsinin əbədi olduqlarını,onların keçdiyi mərdlik,mübarizlik yolunun nəsildən -nəslə keçirilməsinin vacibliyini vurguladılar.Sonra 9b,7a,7ç,8ç,9a,8k,8e8c,9e ,2a,4a,sinif şagirdlərinin ifasında səslənən şerlər ,mahnılar,64 şəhidin adını daşıyan sinif otaqlarında,dəhlizdə,zalda xüsusi ab-hava yaradaraq ,nakam ruhların qarşısında ehtiramın təcəssümünü yaratdı.
Məktəbin şəhidləri;Rűfət Məmmədov,Əkbər Pənahov











Rəcəb Məmmədov,Səbuhi Əhmədov və ümumilikdə bütün şəhidlərimizin fədakarlıgı ,bir daha anıldı…
Sonda məktəb rəhbərliyinin təşəbbüsü ilə Pənahov Əkbər,Rzayev Həsən,Məmmədov Rəcəb,Eyvazov Əbülhəsənin ailəsi ziyarət olundu .


