Almaniyada qatı sağçı partiya qərargahından çıxarılır

Baş səhifə

Bakı. Trend:

Almaniya məhkəməsi “Almaniya Üçün Alternativ” qatı sağçı
partiyasının 2026-cı ilin oktyabr ayına kimi Berlindəki qərargahını
tərk etməsi barədə qətnamə çıxarıb.

Trend bu barədə
xarici KİV-ə istinadə xəbər verir.

Məlumata görə, fevral seçkilərindəki qələbəni qeyd edəndən sonra
onların avstriyalı icarədarı gözlənilmədən partiya ilə bağlanmış
icarə müqaviləsini ləğv edib. Buna əsas kimi binanın həyətindən
təyinatı üzrə istifadə olunmaması və partiyanın loqotipinin binanın
üzərinə yerləşdirilməsi göstərilib.




Bundan əlavə, icarədar gücləndirilmiş təhlükəsizlik
tədbirlərinin Berlindəki Raynikendorf rayonunda yerləşən binanın
digər icarədarlarının həyatını çətinləşdirdiyini bildirib. Partiya
binadan çıxmaqdan imtina edib ki, bu da məhkəmə çəkişməsinə gətirib
çıxarıb.

Berlin Mülki Məhkəməsi partiyanın binanı boşaltmalı olduğuna
qərar versə də, sahibkar siyasətçiləri lazımi qaydada xəbərdar
etmədiyi üçün onlara bir il möhlət verib.