Ermənistan İstintaq Komitəsinin idarə rəhbəri istefa verib

Baş səhifə
Region

  • 26 sentyabr, 2025
  • 12:59
Ermənistan İstintaq Komitəsinin idarə rəhbəri istefa verib

Ermənistan İstintaq Komitəsinin Armavir idarəsinin rəhbəri Qraçya Kazaryan tutduğu vəzifədən azad edilib.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, qərarı İstintaq Komitəsinin sədri Artur Poqosyan imzalayıb.

Q.Kazaryan öz ərizəsi ilə vəzifəsini tərk edib. İstefa Parakarda qətl hadisəsindən sonra baş verib – icma başçısı Volodya Qriqoryan və onun dostu güllələnib, daha bir nəfər xəstəxanadadır. Cinayətkar hələ də tapılmayıb.