Mingəçevirə dəmiryol nəqliyyatının bərpası əlamətdar hadisədir – Arif Ağayev

Baş səhifə

Mingəçevi. Trend:

Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə
xidmət göstəriləcək.

Trend xəbər
verir ki, bu fikirləri ADY sədrinin müşaviri Arif Ağayevin
Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın
başlanmasına həsr olunmuş tədbirdə çıxışında deyib.

Sədr müavini bildirib ki, Mingəçevir – Gəncə – Ağstafata
rayonlararası marşrutun açılışı dəmir yolları üçün əlamətdar
hadisədir.

“Çünki ilk dəfə Bakıdan kənarda – regionlararası müasir qatarla
səfərlərə başlayırıq”.

Bildiyiniz kimi, mövcud rayonlararası marşrutların, daha dəqiq
desəm, Bakı-Qazax-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı,
Bakı-Ağdam-Bakı istiqamətlərinin giriş və çıxış nöqtələri paytaxt
Bakıdır. Bu gün isə biz, necə deyərlər, bu ənənəni pozaraq bir
yeniliyə imza atmışıq”.




A. Ağayev deyib ki, daha bir ilk kimi uzun illərdən sonra
Mingəçevirə dəmiryol nəqliyyatının bərpasını da qeyd etmək
istərdim.

“Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi
ərəfəsində müasir, komfortlu elektrik qatarları ilə
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə
xidmət göstəriləcək”.

Sədr müavini çıxışı zamanı vurğulayıb ki, bu marşrutdan
Mingəçevirlə yanaşı, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa
sakinləri də istifadə edə biləcəklər”.

A.Ağayev əminliklə bildirib ki, bu marşrut daha çox Mingəçevir
əhalisinin rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə və
Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına və
tanıdılmasına şərait yaradacaq:

“Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da
əlçatan etmək və xidmət coğrafiyasını genişləndirmək olan
hədəflərimizə çatmaq məqsədilə səylə çalışırıq. Bu məqsədlə
sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir
yanaşmalar tətbiq edirik. 2023-cü ildə ilk dəfə Bakı-Qəbələ-Bakı
marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə
buraxılması ilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə reyslər artırılıb
və Ləki və Ucar stansiyalarına dayanacaq verilib. Bir sıra stansiya
və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən
qatarlarda pulsuz “Wi-Fi” xidməti aktivləşdirilib”.