Bakı. Trend:
“Arsenal” akademiyasının yetirməsi Billi Viqar 21 yaşında
dünyasını dəyişib. Futbolçu sentyabrın 20-də “Çiçester Siti” –
“Uinqeyt” matçı zamanı başından aldığı zədə nəticəsində həyatını
itirib.
Trend xəbər verir
ki, oyun 15-ci dəqiqədə Viqar yıxılaraq başını yerə möhkəm vurub.
Ona ilkin tibbi yardım göstərilib və helikopterlə xəstəxanaya
aparılıb, lakin futbolçu komaya düşüb.
İngiltərə Futbol Assosiasiyası bəyan edib: “Billi Viqarın vəfatı
xəbəri ilə dərindən sarsıldıq. Bu inanılmaz çətin zamanda onun
ailəsinə, dostlarına, sevdiklərinə və ‘Çiçester Siti’ Futbol
Klubunda hər kəsə dərin hüznlə başsağlığı veririk.”
Qeyd olunur ki, Vigar “Arsenal”ın gənclər komandalarında çıxış
edib: 18 yaşadək futbolçular üçün 22, 21 yaşlılar üçün isə 5 oyuna
qatılıb.

