Tramp Türkiyənin Rusiyadan neft almasını dayandırmağa hazır olduğunu iddia edib

Baş səhifə
Tramp Türkiyənin Rusiyadan neft almasını dayandırmağa hazır olduğunu iddia edib

ABŞ prezidenti Donald Tramp Türkiyənin Rusiya neftinin alınmasını dayandırmağa hazır olduğunu iddia edib.

“Report” xəbər verir ki, Ağ Evdə jurnalistlərlə görüşü zamanı Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya neftinin idxalını dayandırmağa razı olub-olmadığı sualına birbaşa cavab vermək istəmədiyini bildirib.

“Amma mən onun dayanmasını istəsəm, dayandırardı. Əminəm ki, o təchizatları dayandıracaq. Bilirsən niyə? Çünki siz onu bir çox başqa insanlardan ala bilərsiniz”, – deyən Tramp əlavə edib ki, Macarıstan və Slovakiyanın Rusiyadan neft tədarükünü dayandırması çox daha çətin olacaq.