Azərbaycan və Qambiya arasında Anlaşma Memorandumunu imzalanıb (FOTO)

Baş səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi
çərçivəsində Qambiyanın xarici işlər naziri Sering Modou Njie ilə
görüşüb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Nazirlər Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlığın,
xüsusən də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində perspektivli
potensialını vurğulayıb, ortaq çağırışların həll edilməsi və
qarşılıqlı maraqların təşviqi üçün bu əlaqələrin daha da
möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə, həmçinin, Azərbaycan və Qambiya arasında iqtisadi və
mədəni əlaqələri gücləndirməyə yönəlmiş yeni təşəbbüslərin və
əməkdaşlıq mexanizmlərinin irəlilədilməsinin əhəmiyyəti xüsusi
olaraq vurğulanıb.

Tərəflər görüş zamanı Azərbaycan Xarici İşlər Nazirliyi ilə
Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan
Qambiyalılar Nazirliyi arasında Siyasi məsləhətləşmələr haqqında
Anlaşma Memorandumunu imzalayıblar.