Fərdi
- 25 sentyabr, 2025
- 17:34

III MDB Oyunlarının biletləri satışa çıxarılıb
III MDB Oyunlarının Təşkilat Komitəsi yarışlara bilet satışının başladığını elan edib.
Oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir. Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq. Yarışlar 12 idman məkanında təşkil olunacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


