Futbol
- 25 sentyabr, 2025
- 14:27

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.
“Report”un məlumatına görə, təlimlər milli assosiasiyanın Təhsil və Reabilitasiya Mərkəzində keçirilir.
Sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də baş tutacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


