Futbol
- 25 sentyabr, 2025
- 11:23

Xulian Alvares
İspaniyanın “Atletiko” klubunun futbolçusu Xulian Alvares La Liqada Lionel Messidən sonra bir matçda 3 və ya daha çox qol vuran ikinci argentinalı futbolçu olub.
“Report” xəbər verir ki, hücumçu buna “Rayo Valyekano”ya qalib gəldikləri VI turun matçında imza atıb.
Forvard qarşılaşmada het-triklə yadda qalıb. Alvares Messi və Valentin Kastelanosdan sonra bunu bacaran üçüncü argentinalı oyunçudur.
Messi 2020-ci ildə “Barselona”da çıxış edərkən “Eybar”la görüşdə 4 qola imza atıb. Kastelanos isə “Jirona”nın heyətində “Real”ın qapısından dörd top keçirib.
Qeyd edək ki, “Atletiko” “Rayo Valyekano”ya 3:2 hesabı ilə qalib gəlib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


