Danimarkanın Olborq hava limanı pilotsuz uçuş aparatlara görə bağlanıb

Baş səhifə

Bakı. Trend:

Danimarkadakı Olborq şəhər hava limanı pilotsuz uçuş
aparatlarının olması səbəbindən həm gediş, həm də eniş üçün
bağlanıb.

Trend-in
məlumatına görə, bu barədə “Sky News” televiziya kanalı yerli
polisə istinadən xəbər verib.




“Olborq hava limanı yaxınlığında pilotsuz uçuş aparatları
aşkarlanıb və hava məkanı bağlanıb. Polis araşdırma aparır”, – deyə
Şimali Yutlandiya polisi “X” sosial şəbəkəsində yazıb.

Hava limanının nümayəndəsi aşkarlanan dronların sayını
dəqiqləşdirməyib. Bildirilib ki, hadisə nəticəsində dörd reysin
cədvəlində dəyişiklik edilib.