Türkiyə Ukrayna münaqişəsinin həlli üçün İstanbul danışıqlarını davam etdirmək istəyir

Baş səhifə

Türkiyə Rusiya və Ukrayna arasında sülh üçün İstanbul danışıqlarını davam etdirmək istəyir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı İstanbul müzakirələrinin əhəmiyyətindən danışıb.

O bildib ki, Rusiya və Ukrayna arasında ədalətli və davamlı sülhün təmin olunması üçün bütün səyləri göstərir və İstanbul danışıqlarını nəticəyönümlü inkişaf etdirmək niyyətindədir.

Dəryanur Cəfərova