- 24 sentyabr, 2025
- 21:43
Rusiya və Türkiyənin paytaxtları iqtisadi, mədəni əməkdaşlığı gücləndirmək niyyətindədirlər: tərəflər 2026-2029-cu illər üçün yeni əməkdaşlıq proqramı imzalayıblar.
“Report”un xəbərinə görə, bu barədə Rusiya KİV-i ölkənin Türkiyədəki səfirliyinə istinadən məlumat yayıb.
“Çərşənbə axşamı Sergey Çeremin (Moskva hökumətinin naziri, şəhərin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri – red.) Türkiyə paytaxtının (Ankara – red.) meri Mansur Yavaşla görüşüb. Moskva hökuməti ilə Ankara Bələdiyyəsi arasında 2026-2029-cu illər üçün əməkdaşlıq Proqramı imzalanıb. Moskva və Ankara 1992-ci ildən qardaşlaşmış şəhərlər statusunu qoruyurlar”, – səfirlikdən bildirilib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

